1.000 nəfər Qidanı Qoru hərəkatına qoşulduSən də qoşul →
TQTA Akademiyası açılış

TQTA — Turan Qastro Turizm Akademiyası

Azərbaycanın kulinariya gələcəyini inşa edirik

4 dekabr 2024-cü ildə TİKA dəstəyi ilə Sumqayıtda fəaliyyətə başladıq. CTH UK akkreditasiyalı beynəlxalq kulinariya proqramları və milli Qidanı Qoru hərəkatı ilə Azərbaycan gənclərini və qida sektorunu dünya səviyyəsində hazırlayırıq.

Hekayəmiz

Niyə TQTA?

Azərbaycanda turizm və qonaqpərvərlik sənayesi sürətlə böyüyür — Bakı, Qəbələ, Şahdağ, Naftalan və Şuşa kimi destinasiyalar dünyanın diqqətini cəlb edir. Lakin sənayenin böyüməsi ilə beynəlxalq standartlara uyğun ixtisaslı kadr ehtiyacı arasında dərin bir boşluq mövcuddur.

TQTA bu boşluğu doldurmaq üçün yaradıldı: gəncləri beynəlxalq səviyyədə tanınan sertifikatlarla təchiz edir, sənayenin real ehtiyaclarına uyğun praktik təhsil verir və məzunlarımızı yerli və qlobal qonaqpərvərlik şəbəkələri ilə birləşdirir.

4 dekabr 2024-cü ildə TİKA dəstəyi ilə qurulan akademiyamız qısa müddətdə CTH (Confederation of Tourism and Hospitality, Birləşmiş Krallıq) tərəfindən Akkreditə Edilmiş Mərkəz statusu qazandı. Artıq Bakıda alınan sertifikat London, Paris, Dubai və Gordon Ramsay Academy-də etibarlıdır.

Eyni zamanda, qida zəncirinin sonundakı israfın həm iqtisadi, həm ekoloji, həm də mənəvi bir problem olduğunu görüb “Qidanı Qoru” milli hərəkatını başlatdıq. Bu hərəkat AHTTSA, AQTA, CTH UK və Kənd Təsərrüfatı Nazirliyi ilə tərəfdaşlıqda həyata keçirilir.

Missiyamız

Azərbaycan kulinariya mədəniyyətini beynəlxalq səviyyədə təbliğ etmək, gəncləri ixtisaslı kadrlar kimi əmək bazarına hazırlamaq və qida zəncirinin davamlılığına töhfə vermək.

Vizyonumuz

Beynəlxalq standartlara cavab verən təhsili və qida israfına qarşı milli liderliyi ilə tanınan, Azərbaycanın və Türk dünyasının lider qastro-turizm təhsil müəssisəsi olmaq.

Milli hədəflərə töhfəmiz

Azərbaycanın inkişaf prioritetləri ilə eyni istiqamətdə

Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ekologiya, davamlılıq və gənc nəslin inkişafı sahəsindəki liderliyi bizim üçün yol göstəricidir.

25 May 2026-cı il tarixli Prezident Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın qida zəncirinin davamlılığı və emal səmərəliliyi hədəflərinə dəstək veririk.

BMT-nin Davamlı İnkişaf Məqsədi SDG 12.3 — 2030-cu ilədək qida israfının 50% azaldılması hədəfinə Yaşıl Süfrə Sertifikat sistemimizlə töhfə veririk.

17+

Təhsil Proqramı

9

Pulsuz DMA Proqramı

3

CTH Beynəlxalq Sertifikat

90%

İşə Düzəlmə

500+ hazır kadr · 50+ sənaye tərəfdaşı · 5+ peşəkar mentor · 1.000+ Qidanı Qoru könüllüsü

Xidmətlərimiz

Nə edirik

Beynəlxalq Sertifikatlı Təhsil

CTH Level 2-4 sertifikatları: Professional Cookery, Barista Skills, Front of House və daha çox. Sertifikatlarımız London, Paris, Dubai və Gordon Ramsay Academy-də etibarlıdır.

Pulsuz Dövlət Proqramları

Dövlət Məşğulluq Agentliyi (DMA) ilə birgə həyata keçirdiyimiz 9 pulsuz proqram: pulsuz təhsil + iş təminatı.

Milli Hərəkat: Qidanı Qoru

TQTA, AHTTSA, AQTA, CTH UK və Kənd Təsərrüfatı Nazirliyi tərəfdaşlığı ilə Azərbaycanın qida israfını azaltmaq üçün yaratdığımız milli hərəkat. Yaşıl Süfrə Sertifikatı, Praktik Kılavuz və ölçmə alətləri ilə hər süfrəni dəyişməyə çalışırıq.

Əməkdaşlıq

Tərəfdaşlarımız

Dövlət Tərəfdaşları

Kənd Təsərrüfatı Nazirliyi logo

Kənd Təsərrüfatı Nazirliyi

Qida zəncirinin davamlılığı və 2026–2030 Dövlət Proqramı çərçivəsində tərəfdaş

AQTA logo

AQTA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi — Qidanı Qoru tərəfdaşı, sertifikasiya nəzarəti

DMA logo

DMA

Dövlət Məşğulluq Agentliyi — Pulsuz proqram tərəfdaşı, məşğulluq əlaqəsi

Beynəlxalq Tərəfdaşlar

CTH UK logo

CTH UK

Confederation of Tourism and Hospitality — Beynəlxalq akkreditasiya

TİKA logo

TİKA

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi — qurucu dəstəkçi

FAO logo

FAO

Food and Agriculture Organization — Qidanı Qoru metodoloji istinad

Sektor Tərəfdaşları

AQİSA logo

AQİSA

TÜRES-in Azərbaycan nümayəndəsi. Caspian Agro və InterFood Azerbaijan dəstəkçisi.

bishir logo

bishir

Azərbaycanda yaradılmış, hazırda 6 ölkədə fəaliyyət göstərən yemək yönümlü sosial media platforması — istifadəçilər reseptlərini paylaşaraq qazanc əldə edir. bishir.app

SnackPack logo

SnackPack

Qida israfının qarşısını almağa yönəlmiş mobil tətbiq. Kafelər, hotellər və digər müəssisələr artıq qalan qida məhsulları üçün endirim faizlərini və götürülmə saatlarını kuponlarla təqdim edir. Müəssisələrin xərclərini və qida itkilərini azaldır, istifadəçilərə daha sərfəli qiymətə qida almaq imkanı yaradır.

Sənaye və Akademik

AHTTSA logo

AHTTSA

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası

ASK logo

ASK

Azərbaycan Sahibkarlar Konfederasiyası

DK Agency logo

DK Agency

Danışmanlıq və icra tərəfdaşı

İctimai / STK

AQSİA logo

AQSİA

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası — ictimai tərəfdaş

Biznes Mərkəzi Klubu logo

Biznes Mərkəzi Klubu

Sahibkarların şəbəkələşmə platforması. Forumlar, media dəstəyi, biznes təlimləri və PR-marketinq xidmətləri.

Qonaqpərvərlik Şəbəkəsi: Hilton · Marriott · Fairmont · Four Seasons · Hyatt · Sheraton · Radisson

Prinsiplərimiz

Dəyərlərimiz

Beynəlxalq Standart

CTH akkreditasiyası bizim üçün bir ünvan deyil, bir öhdəlikdir. Hər dərs, hər qiymətləndirmə, hər sertifikat beynəlxalq səviyyədə tutarlı olmalıdır.

Sənaye ilə Qol-qola

TQTA məzunları sənaye üçün hazır olaraq qurtarır. Çünki dərs proqramlarımız sənaye tərəfdaşlarımızla birgə dizayn edilir.

Davamlılıq

Qidanı Qoru hərəkatı ilə təhsilimizi sadəcə "necə bişirməyi öyrətmək" deyil, "necə məsuliyyətlə bişirməyi öyrətmək" olaraq genişləndiririk.

Yerli Köklər, Qlobal Üfüqlər

Azərbaycan mətbəxinin zənginliyini beynəlxalq dilə tərcümə edirik. Şəki pitisi də, Lənkəran küküsü də, Gəncə kətəsi də sertifikat proqramlarımızda yerini alır.

Foto

Akademiyamızdan görüntülər

TQTA açılış mərasimi
Kürdele kəsimi
Mətbəx
Təlim zalı
Dərslərimiz
Tələbələrimizlə

Əlaqə

Bizimlə əlaqə

Ünvan

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 84/86

Sən də Azərbaycanın kulinariya gələcəyinin bir parçası ol.

Tələbə kimi qatıl, iş yeri kimi tərəfdaş ol, ya da Qidanı Qoru hərəkatına qoşul.